Sumqayıtda yataqxanada baş verən yanğın zamanı dörd nəfər xilas edilib
Bakı, 30 iyun, AZƏRTAC
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində sahəsi 12 kvadratmetr olan otaq və ümumi dəhlizin bir hissəsi yanıb. Yanğın zamanı dörd nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Onlardan biri tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]