Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və kitabxanalar: məktəbdən rəqəmsal gələcəyə” mövzusunda elmi-maarifləndirici görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi süni intellektin təhsil və kitabxana mühitinə təsirini, həmçinin məktəbdən başlayaraq rəqəmsal savadlılığın formalaşdırılması yollarını müzakirə etmək olub.

Görüşü Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinhara Həsənova açaraq, Mərkəzdə həyata keçirilən yeniliklər, elektron resursların genişləndirilməsi və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, süni intellekt texnologiyalarının kitabxana fəaliyyətinin optimallaşdırılmasında və gənclərin informasiya ilə işləmə bacarıqlarının inkişafında oynadığı rolu vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov bugünkü qlobal çağırışlar fonunda oxu mədəniyyətinin dəyişən xarakterindən danışıb. Rektor qeyd edib ki, müasir dövrdə kitabxanalar yalnız ənənəvi informasiya məkanı deyil, həm də rəqəmsal bacarıqların formalaşdırıldığı, bilik istehsalının dəstəkləndiyi müasir mərkəzlərə çevrilməkdədir. O, ADPU-nun bu istiqamətdə atdığı addımları xüsusi vurğulayaraq, tələbələrin və məktəblilərin rəqəmsal savadlılığının artırılmasının universitet üçün prioritet olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, bu gün dünya bilik istehsalının ən dinamik mərhələsini yaşayır. İnformasiya həcminin sürətlə artması, süni intellektə əsaslanan alətlərin tədrisə inteqrasiyası və məlumatın istehlak formasının dəyişməsi kitabxanaların funksional strukturunu yenidən müəyyənləşdirir. Artıq kitabxanalar yalnız kitab saxlayan məkan deyil, informasiya ekosisteminin mühüm komponentinə çevrilən rəqəmsal maarifləndirmə mərkəzləridir.

Professor Cəfər Cəfərov məktəblilərin tədbirdə iştirakını yüksək qiymətləndirib və vurğulayıb ki, rəqəmsal savadlılıq məktəbdən başlayır. Gələcəyin müəllimlərini hazırlayan bir ali təhsil müəssisəsi olaraq ADPU-nun məktəblərlə əməkdaşlığı, şagirdlərin bu tip maarifləndirici tədbirlərə cəlb olunması və onların informasiya mühitinə adaptasiyasının gücləndirilməsi universitetin prioritet istiqamətlərindəndir.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxışında XXI əsrin ən mühüm xüsusiyyətlərindən biri olan sürətli əhali artımı və bu prosesin fonunda sivilizasiyanın inkişaf sürətinin daha da artması məsələsinə toxunub. Prorektor qeyd edib ki, dünya əhalisi artdıqca informasiyanın həcmi də kəskin şəkildə çoxalır, bu isə təhsil sistemində yeni idarəetmə, analitika və rəqəmsal bacarıqların inkişafını zəruri edir. Qeyd edilib ki, süni intellektin rolu məhz bu nöqtədə – böyük məlumat axınını səmərəli işləmək və qərarvermə proseslərini optimallaşdırmaq sahəsində özünü ən güclü şəkildə göstərir. Asəf Zamanov çıxışının davamında Azərbaycan dövlətinin bu istiqamətdə atdığı tarixi addımlara diqqət çəkib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda Kibernetika İnstitutunun yaradılması və bu sahənin formalaşması üçün strateji bünövrənin qoyulması ilə bağlı mühüm qərarını xatırladaraq, Ulu Öndərin 1970–1980-ci illərdə elmi idarəetmənin, avtomatlaşdırmanın və riyazi modelləşdirmənin inkişafına xüsusi önəm verməsi nəticəsində Azərbaycanda informasiya texnologiyalarının əsasının məhz vaxtında və düzgün şəkildə qoyulduğunu vurğulayıb.

Çıxışında 5G və 6G texnologiyalarına keçid yolu haqqında danışan A.Zamanov qeyd edib ki, bu texnologiyalar yalnız kommunikasiya vasitəsi deyil, həm də təhsil, səhiyyə, sənaye və elmin bütün sahələrində data ötürməsini sürətləndirən yeni bir inqilabdır. Prorektor bu inkişafın təhsilə birbaşa təsirindən bəhs edərək məktəb kitabxanalarında müasir yanaşmaların vacibliyini vurğulayıb. O qeyd edib ki, artıq kitabxanalar yalnız çap mənbələri ilə məhdudlaşmamalı, interaktiv rəqəmsal fondlara, elektron kataloqlara, süni intellektə əsaslanan axtarış sistemlərinə və şagirdlərin tədqiqat bacarıqlarını gücləndirən rəqəmsal platformalara malik olmalıdır. Məktəb kitabxanalarının transformasiyası gələcəyin müəllim və tədqiqatçılarının formalaşmasında mühüm rol oynayır.

M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova məktəblilərin rəqəmsal mühitdə informasiya ilə işləmə bacarıqlarının formalaşdırılması, müəllimlərin yeni texnologiyalara uyğunlaşması və məktəb-universitet əməkdaşlığının əhəmiyyətindən bəhs edib və əməkdaşlıq üçün Pedaqoji Universitetin rəhbərliyinə təşəkkürlərini çatdırıb.

Elektron resurs və elektron kataloqun təşkili şöbəsinin müdiri Ülviyyə Əliyeva kitabxananın elektron kataloqu, rəqəmsal resursların idarə olunması və yeni istifadəçiyönümlü xidmət modelləri barədə təqdimatla çıxış edib.

ADPU-nun İKT Mərkəzinin direktoru Fərhad Mirəliyev təhsildə İKT imkanlarının geniş tətbiqindən danışıb. O bildirib ki, müasir dövrdə müəllim və şagirdlərin rəqəmsal bacarıqları tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. F. Mirəliyev süni intellekt texnologiyalarının sadə tətbiq nümunələri, öyrənməyə dəstək verən interaktiv tədris platformaları barədə məlumat verib. O vurğulayıb ki, belə texnologiyalar şagirdlərin həm öyrənmə motivasiyasını artırır, həm də onların gələcək rəqəmsal mühitə adaptasiyasını sürətləndirir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq