Sürət qatarına daş atan yeniyetmələr polis tərəfindən müəyyən ediliblər
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli AZƏRTAC-a bildirib ki, əməli törədənlər - 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar.
Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [18:20]
Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb
- 01.10.2026 [18:16]