Suriya üzrə danışıqların yeni raundu Türkiyədə keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Suriya üzrə Ankara - Moskva -Doha formatında danışıqların növbəti raundu Türkiyədə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu Dohada keçirilən mətbuat konfransında rusiyalı və qətərli həmkarları ilə danışıqların nəticələri barədə danışarkən bildirib.
“Bu gün biz danışıqların nəticəsi olaraq mövcud formatı mütəmadi əsasda davam etdirməyi qərara aldıq. Biz, həmçinin xarici işlər nazirlərinin növbəti görüşünün Türkiyədə keçirilməsi barədə razılığa gəldik, sonra isə anoloji görüş Rusiyada keçirələcək”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]