Suriyada mina partlayışı nəticəsində altı nəfər həlak olub
Bakı, 8 aprel, AZƏRTAC
Suriyanın qərbində yerləşən Homs əyalətində İŞİD silahlılarının yol kənarında yerləşdirdiyi minanın partlaması nəticəsində altı dinc sakin həlak olub.
AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, içərisində dombalan (yeraltı göbələk-red.) yığmağa gedən şəxslərin olduğu avtomobil Es-Suhna oazisi yaxınlığında minaya düşüb.
Suriyalılar üçün ənənəvi dombalan göbələyi yığımı son zamanlar təhlükəli peşəyə çevrilib. Torpağın altında bitən bu göbələklərə İŞİD üzvlərinin sığındığı quraqlıq səhralarda rast gəlinir. Silahlılar gizləndikləri yerlərin ətrafını minalayır və pusqu quraraq patrullara hücum edir.
Fevralın 18-də bir qrup silahlı Es-Suhna oazisində Əsəd rejiminin yeddi hərbçisini və göbələk yığmaqla məşğul olan 46 kənd sakinini qətlə yetirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]