ŞUŞANIN ERMƏNİLƏR TƏRƏFINDƏN IŞĞALININ 15-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI STRASBURQDA SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Strasburqda fəaliyyət göstərən “Azərbaycan Evi” cəmiyyəti Dünya Azərbaycanlıları Konqresi və Türkiyənin Tələt Paşa Komitəsi ilə birlikdə mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 15-ci ildönümü ilə bağlı silsilə tədbirlər planı hazırlamışdır.
Plana əsasən mayın 5-də Strasburqun mərkəzində Avropa institutları qarşısında etiraz mitinqi keçiriləcəkdir. Mayın 7-də isə mövzu ilə bağlı elmi-praktiki konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Konfransda Azərbaycandan, Türkiyədən və Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş nümayəndə heyətləri iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]