Taekvondoçularımız Antalyadakı beynəlxalq turnirin ikinci günündə 2 bürünc medal əldə ediblər
Bakı, 16 fevral, AZƏRTAC
Antalyada G1 kateqoriyalı “Turkish Open” beynəlxalq taekvondo turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə mübarizəyə qoşulan gənclərdən ibarət yığma komandamız aktivinə 2 bürünc medal əlavə edib.
Turnirdə 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Ələsgər Əliyev və Orxan Tağızadə (78 kq-dan yuxarı) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurublar.
Xatırladaq ki, turnirin ilk günündə kişilərdən ibarət yığma komandamızın üzvləri Sina Bahrami (63 kq) qızıl, Məmmədalı Quliyev (58 kq) isə bürünc medal qazanmışdı.
Turnir komandamızın reytinq xalları yığması baxımından önəm kəsb edir.
Milli komandamız Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında Türkiyəyə yollanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]