Taekvondoçularımız Antalyadakı beynəlxalq turnirin ilk günündə 2 medal qazanıblar
Bakı, 15 fevral, AZƏRTAC
Antalyada Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən G1 kateqoriyalı üçüncü “Turkish Open” beynəlxalq turniri başlayıb.
AZƏRTAC xəbər verir ki, kişilərdən ibarət yığma komandamızın qatıldığı beynəlxalq yarışın ilk günü komandamız üçün uğurlu olub. Ötən il yığma komandanın heyətində dünya kubokuna sahib olan Sina Bahrami (63 kq) rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz Məmmədalı Quliyev (58 kq) isə yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Turnir komandamızın reytinq xalları yığması baxımından böyük əhəmiyyət kəsb edir.
Xatırladaq ki, turnir 3 gün davam edəcək.
Turnirin ikinci günündə isə gənclərdən ibarət yığma komandamızın 6 taekvondoçusu dayanq üzərinə çıxacaq.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanovun rəhbərliyi ilə Türkiyəyə yollanan milli-komandamız Vətənə fevralın 20-də qayıdacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]