Tailandda turistlərə karantin müddətini yaxtada keçirmək təklif edilir
Bakı, 9 mart, AZƏRTAC
Tailanda gələn turistlər iki həftəlik məcburi karantin müddətini yaxtada keçirə biləcəklər.
AZƏRTAC “Nikkei Asia” media korporasiyasına istinadla xəbər verir ki, xidmətdən istifadə etmək istəyənlərin koronavirus testlərinin nəticələri mənfi olmalıdır. Həmçinin onlar səhhət göstəricilərini, o cümlədən bədən hərarətini, arterial təzyiqi ölçən və GPS vasitəsilə sahibinin yerini müəyyən edən “ağıllı” bilərzik taxmalıdır.
Beləliklə, ölkə hakimiyyəti bu yolla pandemiya səbəbindən böyük maliyyə itkiləri ilə üzləşən turizm biznesinə dəstək olmağa çalışır. Ötən ilin martında turistlər üçün sərhədlərini bağlayan Tailand oktyabr ayından başlayaraq tədricən xarici qonaqları qəbul etməyə başlayıb. Lakin ölkəyə gələn turistlər 14 günlük karantin rejimindən keçməlidir.
Karantin dövrünü yaxtada keçirmək barədə təklifin turizm kompaniyalarına əlavə gəlir gətirəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]