Tallinndən Vyana, Amsterdam, Oslo və Stokholm istiqamətində aviareyslərin yenidən bərpası gözlənilir
Tallinn, 1 oktyabr, AZƏRTAC
Tallinn hava limanı hökumətin bu günə qədər hava nəqliyyatına dair qüvvədə olan sərt məhdudiyyətlərinin əhəmiyyətli dərəcədə yumşaldılması barədə qərarını alqışlayır və tezliklə Amsterdam, Vyana, Oslo və Stokholm istiqamətində reyslərin yenidən bərpa olunacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tallinn hava limanının Ticarət işləri üzrə direktoru Eero Pyarqmyae deyib.
O bildirib ki, şirkət, eyni zamanda, Tallindən Moskva, Minsk, Kiyev və İstanbul istiqamətində həyata keçirilən uçuşlarla bağlı hələlik konkret məlumatlara sahib deyil.
“İnsanlar artıq rahat şəkildə bilet ala bilərlər. Əgər onlar iş və ya ailə məsələləri ilə bağlı harasa təcili yollanmalıdırlarsa, uçuşların baş tutacağına əmin ola bilərlər”, - deyə E.Pyarqmyae əlavə edib.
E.Pyarqmyae qaydaların gələcəkdə Avropa İttifaqına üzv olmayan ölkələr − Ukrayna, Rusiya, Belarus və Türkiyə ilə də hava əlaqəsinin bərpa etməyə imkan verəcəyinə ümidvar olduğunu ifadə edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]