Tanınmış iranlı futbolçu koronavirusdan dünyasını dəyişib
Tehran, 4 fevral, AZƏRTAC
COVID-19 virusuna yoluxmuş tanınmış iranlı futbolçu, milli komandanın əsas oyunçularından olan Əli Ənsari Tehranda müalicə aldığı xəstəxanada vəfat edib.
AZƏRTAC xəbər verir ki, virusa yoluxduqdan sonra Tehranda xəstəxanaya yerləşdirilən futbolçunun vəziyyəti ağırlaşıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əli Ənsari Tehranın “Persepolis”, Təbrizin “Şəhərdari” komandalarında çıxış edib. O, dəfələrlə Asiya və Avropa futbol klubları tərəfindən dəvət alsa da, İranı tərk etməyib.
Qeyd edək ki, ötən həftə futbol üzrə İran millisinin digər üzvü Mehirdad Minavənd də koronavirusdan dünyasını dəyişmişdi.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]