TANINMIŞ ŞAHMATÇILAR MİLLİ PARKDA EYNİ VAXTDA 86 LÖVHƏDƏ OYUN SEANSI KEÇİRMİŞLƏR
Bakı, 11 may (AZƏRTAC). Bakıda keçirilmiş “Prezident kuboku” beynəlxalq şahmat turnirinin iştirakçıları dənizkənarı Milli Parkda 86 lövhədə eyni vaxtda oyun seansı keçirmişlər.
Seansda dünya çempionu Vişvanatan Anand, keçmiş dünya çempionu Vladimir Kramnik, Azərbaycan yığmasının üzvləri - Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov iştirak etmişlər.
Daha çox rəqiblə yarışan Vüqar Həşimov 14 lövhənin hamısında qələbə qazanmışdır.
Sonra Vişvanatan Anand 10:0 hesabı ilə qalib gəlmiş, Vladimir Kramnik 9 lövhədə qələbə qazanmış, 2 görüşü isə heç-heçə oynamışdır. Digər şahmatçılardan Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hər biri 13:0 hesabı ilə qalib gəlmiş, Qədir Hüseynov və Rauf Məmmədov isə 13 mümkün xaldan hərəyə 11,5 xal toplamışlar.
Fərqlənmiş oyunçulara şahmat ulduzlarının avtoqrafları olan “64 - Şaxmatnoye obozreniye” jurnalları təqdim edilmişdir.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]

