Tarix Muzeyinə Vətən müharibəsi şəhidi Müseyib Zeynalova məxsus əşyalar təqdim edilib
Bakı, 15 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə (MATM) Vətən müharibəsi şəhidi Müseyib Zeynalova məxsus əşyalar təqdim edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Müseyib Zeynalov 1978-ci il yanvarın 27-də Salyan şəhərində anadan olub. C.Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.
Vətən müharibəsində fədakarlıq nümunəsi göstərən mayor Müseyib Zeynalov Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:57]
BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar
- 16.10.2026 [15:40]
Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]