Tarix Muzeyinin əməkdaşı beynəlxalq gənclər konfransında məruzə edib
Bakı, 4 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Kəşmir: insanlıq məsələsi” adlı beynəlxalq gənclər konfransında iştirak edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Ş.Mövsümov “Kəşmir - Qarabağ: oxşar və fərqli cəhətləri” adlı məruzə ilə çıxış edib. O, hər iki münaqişənin tarixi, həlli istiqamətində görülən işlər və oxşar-fərqli cəhətləri barədə məlumat verib.
Konfrans barədə məlumat Pakistanın “Daily İslamabad Post” saytı tərəfindən yayımlanıb və Pakistan televiziyasında göstərilib.
Tədbirdə Pakistan, ABŞ, Böyük Britaniya, Macarıstan, Azərbaycan və Zimbabvedən olan iştirakçıların məruzələri dinlənilib. Konfransın materialları nəşr etdiriləcək.