Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixçi: 20 Yanvar faciəsinin həyatımızdakı yerini Şəhidlər xiyabanında aydın görmək olur

Tarixçi: 20 Yanvar faciəsinin həyatımızdakı yerini Şəhidlər xiyabanında aydın görmək olur
 
Vətən müharibəsindəki Qələbədən, antiterror tədbirlərindən və Xankəndidəki paraddan
sonra bu ilki 20 Yanvarın ildönümü tamamilə başqa ovqatda qeyd olunur
 

Bakı, 21 yanvar, AZƏRTAC

Tarixdə elə hadisələr, günlər var ki, ondan uzaqlaşdıqca həmin hadisənin, istər xalqın, istərsə də dövlətin tarixində sonrakı on illiklər boyu nə qədər böyük əhəmiyyətə malik olduğu açıq üzə çıxır. 20 Yanvar da belə hadisələrdən biridir və xalqımızın taleyində qanla yazılmış qəhrəmanlıq tarixidir. Vətən müharibəsindəki 44 günlük möhtəşəm Qələbədən, qısa müddətli antiterror tədbirlərindən və Xankəndi şəhərindəki paraddan sonra bu ilki 20 Yanvarın ildönümü tamamilə başqa ovqatda qeyd olunur. Yəni hər vətəndaşımıza, Azərbaycan sevərə aydın oldu ki, tökülən qan yerdə qalmayıb. İnsanlar əbəs yerə öz canlarını azadlıq və müstəqillik uğrunda qurban vermədilər. Məhz onların qanları, canları bahasına biz hazırki qalib Azərbaycan olmuşuq.

Bunu həmin hadisələrin şahidi kimi fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin dosenti Boran Əziz deyib.

20 Yanvar faciəsinin tarixini şərh edən tarixçi qeyd edib ki, 20 Yanvar təsadüfü bir qrup sovet əsgərinin impulsiv hərəkətinin qətiyyən nəticəsi deyildi. Bu əslində sovet işğal sisteminin vətənimizdə iqtisadi və mənəvi sahədə həyata keçirdiyi müstəmləkəçilik siyasətindən doğmuşdu. Məhz sovet imperiyası hələ 1920-ci ildə, o cümlədən SSRİ yaranarkən 1922-ci ildə Azərbaycanın ərazi bütövlüyünün və orada yaşayan insanların təhlükəsizliyini təmin etməyi öhdəsinə yazılı şəkildə götürməsinə baxmayaraq, 1980-ci illərin ikinci yarısından etibarən bunlar tamamilə unuduldu. İmperiya torpaqlarımızın növbəti dəfə ermənilərə verilməsi üçün Azərbaycan xalqından icazə almadan hərəkətə keçdi. Lakin xalqımız bununla heç cür razılaşmadı. Sovet dövlətinin belə birtərəfli fəaliyyəti onun heysiyyətinə toxundu.

Həmin illərdə həm SSRİ, həm də Azərbaycan SSR konstitusiyasını kobud şəkildə pozan Moskva rəhbərliyi Azərbaycan ərazisində xüsusi idarə komitəsi yaratdı. Keçmiş Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından faktiki olaraq çıxardı və bu xalqın səbir kasasını tamamilə daşırdı. Ona görə 1989-cu ildə müstəmləkə boyunduruğu altında yaşamaq istəməyən və onların siyasətindən qəzəblənən xalq hökumətdən haqqını tələb etməsi nəticəsində bütün 15 müttəfiq respublika arasında ilk dəfə Azərbaycan SSR-nin suverenliyi haqqında qanun qəbul edildi. Bununla yanaşı keçmiş Azərbaycan rəhbərliyinin cəsarətsizliyindən, eyni zamanda, iradəsizliyindən ehtiyat edərək xalq ölkəmizin qanunlarının ittifaq qanunlarından üstünlüyü barədə qərar qəbul olunmasını tələb etdi və bu respublikada tamamilə yeni vəziyyət yaratdı.

Onun sözlərinə görə, eləcə də həmin dövrdə hər bir azərbaycanlının qəlbində ən ülvi hisslərindən biri olan Arazın o tayındakı qardaşlarımızla görüşmək və dərtləşmək istəyi vardı. Həmin arzudan irəli gələrək sərhədlərin sökülməsinə başlanmışdı. Lakin Sovet rəhbərliyi bütün dünyaya guya islam fundamentalçı və terrorçu qrupların Azərbaycandan Rusiya vasitəsilə Avropaya yayılacağını və nəticədə ciddi təhlükə yaranacağını iddia edirdi. Əslində isə xalqımıza qarşı hərbi əməliyyat keçirmək üçün hazırlıq görülməyə başlanmışdı. Yanvarın ilk ongünlüyündə SSRİ Daxili İşlər Nazirliyinin kifayət qədər qoşununun olmasına baxmayaraq, Bakıda böyük təxribat törədildi. Bunun qarşısını isə xalq özü könüllü şəkildə aldı.

Buna rəğmən, həmin dövrdə Azərbaycanın kəndlərini yaşanmaz hala gətirən, insanları öldürən sərhəddə fövqəladə vəziyyət elan etmək əvəzinə, paytaxtda bu vəziyyəti elan etmək qərarına gəlindi. O vaxt həmvətənlərimiz zor gücü ilə, böyük qırğınlara məruz qalaraq, olduqca biabırçı vəziyyətdə, şərait yaradılmadan öz ata-baba torpaqlarımızdan qovulmuşdu. Belə vəziyyətdə xalqın Sovet dövlətinə nifrət bəslədiyini açıq gördüklərindən ona qarşı tədbir görmək qərarına gəlindi. Nəticədə yanvarın 19-dan 20-nə keçən gecə belə əməliyyat keçirildi.

“Fövqəladə vəziyyət haqqında qanuna uyğun olaraq əhaliyə bir gün əvvəldən məlumat verilməli olduğu halda, bunu da etmədilər. Əksinə, Azərbaycan televiziyasının xəbərlərində bu məsələ ilə bağlı elan veriləcəyindən ehtiyat edərək həm SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin, həm də onun filialı kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin müvafiq şöbəsinin işçiləri enerji blokunu partlatdılar. Nəticədə xalq ölkədə fövqəladə vəziyyət yaranacağından tamamilə xəbərsiz vəziyyətə düşdü.

Yanvarın 20-də keçmiş sovet rəhbərliyinin xalqımıza qarşı belə amansız rəftarı təsadüfü deyildi. Bir tərəfdən onlar müstəqillik və azadlıq istəyən xalqımıza dərs vermək istəyirdilər ki, həmin ideyalardan imtina etsinlər. Digər tərəfdən bütövlükdə yenidənqurma və aşkarlıq siyasəti iflasa uğradığına görə digər respublikalarda da azadlıq uğrunda mübarizə başlamışdı. Bununla da Sovet İttifaqının istər siyasi, istərsə də hərbi rəhbərliyi müstəqilliyin həmin xalqlar üçün böyük çətinlik törədəcəyini ibrət götürmələri üçün qırğın həyata keçirdi. Yanvar faciəsinin yalnız Bakı ilə məhdudlaşmadığına və Azərbaycanın digər rayonlarında da məlum hadisələrin törədilməsinə baxmayaraq xalqımız bundan qorxmadı”, - deyə BDU-nun dosenti vurğulayıb.

Boran Əziz fikrincə, o dövrdə sovet rəhbərliyi qırğının sovet ordusu tərəfindən deyil, Rusiyanın müxtəlif ərazilərindən könüllü gətirilən və ermənilərdən ibarət olan içkilər və müxtəlif dərmanların təsiri altındakı adamların əli ilə törədildiyinin görüntüsünü yaratmağa cəhd göstərirdi: “Amma bu mümkün olmadı. Xalqın milli ruhu sınmadı və 20 Yanvar hadisələrində xalqın əzminin qırılmamasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynadı. O zaman Moskvada yaşayan dahi Lider faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə həyatlarını təhlükəyə ataraq, Azərbaycanın SSRİ paytaxtındakı daimi nümayəndəliyinə gələrək bu qanlı əməliyyata və partiya rəhbərliyinə kəskin etirazını bildirdi. Məhz bu hadisədən dərhal sonra fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, 2 milyona yaxın insan Bakıda səfərbər olaraq hazırda and yerimiz olan Şəhidlər xiyabanındakı dəfn mərasiminə qatıldı. Bu tarixi varislik idi. Çünki 1918-ci ildə müstəqillik uğrunda mübarizədə həlak olanlar da məhz Şəhidlər xiyabanında dəfn olunmuşdu. Sonradan bolşevik rejimi onların qəbirlərini dağıtmış və orada park yaratmışdı. Şəhidlər Azərbaycan xalqının qəlbində yaşadığı üçün yenidən Şəhidlər xiyabanı yaradıldı. Beləliklə, 20 Yanvar faciəsinin həyatımızda, dünya görüşümüzün dəyişməsində hansı yeri tutduğunu Şəhidlər xiyabanında bir daha aydın görmək olur”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi