Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixçi-alim: Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır

Tarixçi-alim: Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır

Bakı, 1 dekabr, AZƏRTAC

Dil, sadəcə, strukturlaşmış ünsiyyət sistemi deyil. Bu mürəkkəb sistemə yalnız fikirlərin və hisslərin ifadə vasitəsi kimi baxılmamalıdır. Dil həm də hər bir insanın milli mənsubiyyətini müəyyənləşdirən, xalqın dünyagörüşünü möhkəmlədən vasitədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Hacıyevanın “Prezidentin ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı ciddi siqnaldır” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ana dili milli şüur səviyyəsini müəyyən edən mühüm faktorlardan biridir. Hər bir xalqın ana dili mədəniyyətinin və keçdiyi tarixi proseslərin məhsulu, göstəricisidir. Dilin formalaşmasında gedən proseslər spontan baş verdiyindən müəyyən təsirlərə məruz qalması təbiidir. Lakin bəzi hallarda bu təsirlər ziyanlı olur, dilin “milli özülünü” laxladır, “nüvəsi”ni aşınma təhlükəsinə məruz qoyur. Bəzən yad təsirlər və təzyiqlər nəticəsində dilin tamamilə unudulması kimi böyük bir faciə də yaşanır. Bir çox xalqlar bu ağır faciəni – dil itkisini yaşayıb və yaşayır. Müasir dövrdə də belə nümunələrə rast gəlmək mümkündür. Məsələn, Çilidə yaqan dilinin tədricən yoxa çıxması, Pakistanda Pəncab dilində danışanların sürətlə azalması belə faciələrdəndir. Rusiya, Fransa və Şotlandiya kimi ölkələrdə də bəzi azlıq dillərinin də yoxa çıxdığını, yaxud yoxa çıxmaq üzrə olduğunu göstərmək olar.

Mütəxəssislər dilin tarix səhnəsindən silinməsini tarixi-siyasi proseslərlə əlaqələndirir, qloballaşma, geopolitik və sosiolinqvistik təsirləri xüsusi qabardırlar. Bu tarixi faciənin baş verməsində həmin dilin daşıyıcısı olan xalqın ziyalılarının, xüsusən elm adamlarının fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi xüsusi qabardılmalıdır.

Əhəmiyyətli geostrateji və təbii resurslarla zəngin coğrafiyada yerləşməyimiz bizi istər-istəməz dünyanı, yaxud regionumuzu həyati mənafe zonası hesab edən fövqəlgüclərin davamlı siyasi-iqtisadi, eyni zamanda, ictimai-mədəni təzyiqləri ilə üz-üzə qoyur. Digər tərəfdən, ortaq mədəni tarixə malik qonşularımızın dillərindəki fərqli qrammatik ünsürlərin cəmiyyətimizin müəyyən təbəqələrinə bəlli səbəblərdən sirayət etməsi də dilimizin təhlükəsizliyi üçün ciddi siqnallar doğuran təhlükələr yaradır.

Qeyd edək ki, bu təhlükələr yeni deyil. Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti vaxtı ölkəmizə rəhbərlik etdiyi dövrdə ana dilimizə qarşı ziyanlı təsirləri görür və qabaqlayıcı addımlar atırdı. Onun BDU-nun 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi kommunist rejiminin tarixində nadir hadisə olmaqla yanaşı, Azərbaycan hakim nomenklaturasına, ziyalı təbəqəsinə milli kimliyin, o cümlədən milli mənsubiyyətin əsas identiklik göstəricisi olan ana dilinin qorunması, təəssübünün çəkilməsinə yönəlmiş yüksəksəviyyəli çağırış idi. Sovet Azərbaycanının son illərində və müstəqilliyimizin ilk dövrlərində də dilimiz fərqli fonetik və qrammatik xüsusiyyətlərə malik müxtəlif dillərin təsirlərindən, təəssüflər olsun ki, qoruna bilmədi. Bu mənəvi deqradasiya meyillərinin qarşısının alınması üçün 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verilən Fərman tarixi addımlardan biri kimi göstərilə bilər.

Prezident İlham Əliyev də şübhəsiz ki, mürəkkəb geostrateji coğrafiyada yerləşən və ciddi siyasi-iqtisadi, hətta hərbi təzyiqlərə qarşı xalqını qorumaq əzmində olan müdrik dövlət başçısı kimi mənəvi-milli mövcudluq dəyərləimizdən birinə qarşı təhlükəni görməyə bilməzdi. Ölkə rəhbəri ana dilimizin son illərdə məruz qaldığı təsir və təzyiqlərin, təbii ki, fərqindədir. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında dövlətimizin başçısının çıxışında ana dilimizin qorunması ilə bağlı tarixi çıxışı və çağırışı da bu yöndə ciddi siqnaldır.

Qeyd olunan kontekstdə həyəcan təbilinin çalınmasına məsul peşə sahiblərindən biri məhz humanitar sahədə fəaliyyət göstərən alimlər olmalıdır. Prezident AMEA-nın yubiley tədbirində qeyd etdiyi kimi, on il bundan əvvəl həmin kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmış, öz narahatlığını ifadə etmişdi... “Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram”, - deyən dövlətimizin başçısı narazılığını ifadə edib. Bu məsələ bütün cəmiyyətin məsul olduğu problemidir. Lakin elm adamları da öz məsuliyyətini dərk edərək sözügedən sahədə əhəmiyyətli töhfələr verməlidirlər.

Qeyd edək ki Şərqşünaslıq İnstitutunda monoqrafiyalardan tutmuş ən xırda dəftərxana sənədinə kimi bütün mətnlərin ana dilimizin qanunlarına əməl edilərək yazılmasına diqqət olunur. Xüsusilə qeyd olunmalıdır ki, institutumuzda fəaliyyət göstərən Cənubi Azərbaycan şöbəsində ana dilimizin statusunun qorunması və tarixi inkişafına dair konseptual elmi tədqiqatlar aparılır. Bu tədqiqatlar arasında Cənubi Azərbaycanda yaşayan və öz doğma dilində təhsil almaq hüquqlarından məhrum olunan, hətta orta məktəblərdə ana dilində danışdığına görə ağır şəkildə cəzalandırılmış soydaşlarımızın sözügedən müqəddəs amal – Azərbaycan dili uğrunda mübarizələri də tədqiqata cəlb edilib. Cənubi azərbaycanlıların İran İslam Respublikasının qanunvericiliyinə və beynəlxalq sənədlərə əsaslanan ana dili uğrunda mübarizəsi demokratiya və insan haqlarına dair məsələ kimi tədqiq olunur. Hazırda da şöbədə həmin istiqamətdə elmi araşdırmalar davam etdirilir. Bundan sonra da ana dilimizin keşiyində durmaq və Azərbaycan dilinin qorunması istiqamətində elmi fəaliyyətimizi uğurla davam etdirmək əzmindəyik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM nisbətinin ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

Çində avtomobil satışları kəskin azalıb

Azov dənizində zərər görən gəmilərin 19 nəfər azərbaycanlı heyət üzvü ölkəmizə yola salınıb

Texnobloger: Platformalar yeniyetmələr üçün xüsusi təhlükəsizlik tədbirlərini tətbiq etməlidir

Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub

Milli Kitabxanada “Azərbaycanda yaşayan azsaylı xalqlar” adlı virtual sərgi açılıb

Əfqanıstanda ilin əvvəlindən bəri baş verən təbii fəlakətlər 300-dən çox insanın həyatına son qoyub

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb VİDEO

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır VİDEO

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir VİDEO

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir VİDEO

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb VİDEO

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb