TBİLİSİ İSTİDƏN ƏZİYYƏT ÇƏKİR
Səkkiz yanğınsöndürən maşın gün çıxandan gün batanadək Tbilisinin mərkəzi küçələrində daim hərəkət edərək, nəinki qızmar asfalta, eləcə də avtomobillərin, adamların üstünə sərinləşdirici su çiləyir.
Yanğınsöndürənlər jurnalistlərə demişlər ki, nə piyadalar, nə də sürücülər gözlənilməz duşdan şikayətlənmirlər, hətta bəzi avtomobillərin sürücüləri siqnal verərək, “sudan quru çıxmamağı tələb edirlər”.
Vətəndaşların “kütləvi çimizdirilməsi əməliyyatı”na Şəhər Abadlaşdırma Xidmətinin başçısı Koba Subeliani başlamışdır. Şəxsən o, mərkəzi küçələrdən birində qızmar günəşin heydən saldığı tbilisililər üçün improvizə edilmiş duş düzəltmişdir. Düzdür, buna görə onu az qala polis məntəqəsinə aparacaqdılar. Çünki bu rəsmi şəxs polis patrulunun küçədə “biabırçılığa” son qoymaq tələbinə tabe olmaq istəməmişdir. Lakin “münaqişə” tərəflərin qarşılıqlı razılığı ilə müsbət həll edilmişdir. Görünür, istilər polisləri də heydən salmış və onlar günün günorta çağı küçənin ortasında belə duşun əhəmiyyətini anlamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]