Tbilisidə baş vermiş partlayışda ölənlərin sayı artıb
Tbilisi, 8 aprel, AZƏRTAC
Tbilisinin Boçormı küçəsindəki güllə atıcılığı mərkəzində baş verən güclü partlayışda yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilir ki, ağır xəsarətlər almış daha üç nəfər yanıq mərkəzinə aparılıb. Həkimlərin sözlərinə görə, onlardan biri reanimasiyadadır. Ölənlərdən 1-i, xəsarət alanlardan isə 2-si Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]