Təbii fəlakətin nəticələri aradan qaldırılır
Zərdab, 29 may (AZƏRTAC). Mayın 25-də Zərdabda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür. Qeyd edək ki, həmin gün əsən güclü külək, dolu və leysan yağışları rayon mərkəzində, eləcə də əksər kənd yaşayış məntəqələrində ciddi fəsadlar törətmişdi. Belə ki, 3 mindən çox fərdi həyət, ictimai bina və küçələr su altında qalmış, vətəndaşlara məxsus yüzlərlə ev zədələnmiş, bəzi hallarda qəzalı vəziyyətə düşmüş, 4 min 177 hektar taxıl, 4 min 267 hektar yonca, 50 hektar pambıq, 27 hektar bostan-tərəvəz sahələrini su basmışdır. Habelə, məktəblərə, telekommunikasiya və elektrik xətlərinə, yollara ziyan dəymişdir.
Rayon icra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi komissiya hadisədən dərhal sonra operativ müşavirə keçirmiş, konkret vəzifələr müəyyənləşdirilmişdir.
Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında 300 nəfərdən çox işçi çalışır. Bu məqsədlə 100-dən çox su nasosunun, 10-dək texnikanın gücündən istifadə olunur.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə rayona 3 “KAMAZ” markalı maşın, 11 suçəkən nasos, 23 nəfərdən ibarət şəxsi heyət göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]