Təbii qaz təchizatı sisteminin diaqnostikası çərçivəsində müzakirələr aparılıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə təbii qaz təchizatı sisteminin diaqnostikası üzrə yaradılmış İşçi Qrupunun üzvləri və beynəlxalq məsləhətçi şirkətin nümayəndələri arasında videokonfrans keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkənin qaz təchizatı sisteminin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahədə islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması məqsədilə beynəlxalq məsləhətçi şirkət tərəfindən aparılan diaqnostik təhlillərə dair ilkin hesabat müzakirə edilib.
Qeyd edək ki, ölkədə qaz təchizatı sahəsində islahatların aparılması ilə bağlı təkliflərin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib. Sərəncamda, həmçinin Energetika Nazirliyinin təklifləri əsasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması müddəası öz əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]