TƏBRİZDƏ İRAN-ERMƏNİSTAN TİCARƏT PALATASININ FİLİALI AÇILMIŞDIR
İranın Ermənistandakı səfirliyində agentliyin müxbirinə bildirmişlər ki, İranın Şərqi Azərbaycan əyaləti ticarət idarəsinin rəisi Sadiq Nəcəfi demişdir ki, iki ölkə arasında ticarətin xeyli hissəsi təbrizli sahibkarların iştirakı ilə həyata keçirilir, Ermənistan-İran Ticarət Palatası üzvlərinin təxminən 80 faizini isə bu əyalətin iş adamları təşkil edirlər. Nəcəfinin sözlərinə görə, bir sıra İran mallarının Gürcüstana ixracı üçün Ermənistan tranzit ərazidir.
O, həmçinin bildirmişdir ki, Şərqi Azərbaycan əyaləti ilə Ermənistan arasında sərhədyanı bazarın fəallaşdırılması, tarif güzəştlərindən istifadə edilməsi, mədən, toxuculuq, dəri emalı sənayesində, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi yönündə işlər görülür.
S.Nəcəfi demişdir: “Təbrizlə Yerevan arasında sıx ticarət əlaqələri var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]