Tədqiqat: Tənəffüs yolları infeksiyaları “yatmış” xərçəng hüceyrələrini aktivləşdirə bilər
London, 1 avqust, AZƏRTAC
COVID-19 və qrip kimi tənəffüs yolları infeksiyaları insan orqanizmində illərlə “yatmış vəziyyətdə” qalan xərçəng hüceyrələrini oyadaraq onların sürətlə yayılmasına səbəb ola bilər.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, alimlər siçanlar üzərində apardıqları təcrübələr nəticəsində bu qənaətə gəliblər. Araşdırmalar göstərib ki, COVID və ya qrip virusuna məruz qalan siçanlarda orqanizmdəki gizli xərçəng hüceyrələri aktivləşərək qısa müddətdə sürətlə yayılıb.
Tədqiqat barədə məlumat “Nature” jurnalında dərc olunub. Qeyd edilib ki, bu prosesə səbəb olan əsas amil interleykin-6 (IL-6) adlı zülaldır. Bu zülal immun hüceyrələri tərəfindən infeksiyalara və ya zədələrə cavab olaraq ifraz edilir və məhz bu molekul xərçəng hüceyrələrinin “oyanmasına” və aktivləşməsinə səbəb olub. Alimlər bu nəticələrin gələcəkdə xərçəngin müalicəsi və profilaktikası üçün vacib rol oynaya biləcəyini bildiriblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]