Tehranda “Xocalı soyqırımı – XX əsrin ən dəhşətli bəşəri faciəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Tehran, 26 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İrandakı səfirliyində “Xocalı soyqırımı - XX əsrin ən dəhşətli bəşəri faciəsi” mövzusunda “dəyirmi masa” təşkil olunmuşdur. “Dəyirmi masa”da Tehranda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri iştirak etmişlər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra mərasimi giriş sözü ilə açan səfir Cavanşir Axundov qətliam barədə iştirakçılara məlumat vermişdir. Bu soyqırımının insanlığa qarşı cinayət olduğunu diqqətə çatdıran səfir qeyd etmişdir ki, artıq dünyanın bir sıra ölkələrində bu qanlı cinayətin tanınması barədə qanun və qərarlar qəbul olunmuşdur.
Tehran Universitetinin professoru Əmir Əhmədiyan ermənilərin vəhşiliklə törətdikləri Xocalı soyqırımının baş verməsinin siyasi səbəbləri, səfirliyin birinci katibi Kənan Nəzərov faciə və onun dünya birliyi tərəfindən tanınmasının beynəlxalq hüquqi aspektləri barədə məruzə ilə çıxış etmişlər.
Sonda Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş olunmuş, foto və kitablar sərgilənmiş, iştirakçılara əyani vəsaitlər paylanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]