Təhsil İnstitutu məktəbdə psixoloji xidmətə dəstək məqsədilə metodik vəsait hazırlayıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Təhsil İnstitutu “Məktəbdə psixoloji xidmətə dəstək” adlı metodik vəsait hazırlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda məktəbdə psixoloji xidmətə dəstək məqsədilə şagirdlərin yaradıcılıq, emosional-iradi və fərdi-psixoloji xüsusiyyətləri təhlil olunub. Eyni zamanda, nəşrdə risk qrupuna daxil olan uşaqların psixoloji xüsusiyyətləri tədqiq edilib, təklif və tövsiyələr öz əksini tapıb. Vəsaitdə istedadın mahiyyəti, diaqnostikası, onun ailədə, təlim prosesində təzahür xüsusiyyətləri və sağlamlığı məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşma və inteqrasiya məsələləri təhlil olunub.
Kitabdan müəllim, psixoloq və valideynlər faydalana bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]