Təhsil Nazirliyi: Məktəblilərimiz 33-cü Beynəlxalq İnformatika Olimpiadasında medal qazanıblar
Bakı, 29 iyun, AZƏRTAC
Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıb. Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüb.
Qeyd edək ki, məktəblilərin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:50]
Kollec tələbələri Keşikçidağ Kurqanlar Vadisini ziyarət ediblər
- 15.10.2026 [14:42]
Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib
- 15.10.2026 [14:26]
BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat dinlənilib
- 15.10.2026 [13:21]