“Təhsiliniz Gələcəyimizdir” layihəsi bu dəfə Ağcabədidə
Bakı, 1 iyul, AZƏRTAC
“ASAN xidmət” və “Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşdırılan “Təhsiliniz Gələcəyimizdir” layihəsi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sosial təşəbbüs çərçivəsində uşaqların təhsildən uzaq qalmaması üçün bu dəfə “Acer” şirkətinin dəstəyi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin Mişni obasında həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.
Layihənin məqsədi şagirdlər üçün fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.
Agentlik hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırır.