TƏKLİFLƏR PAKETİ
Beynəlxalq Mətbuat Mərkəzində hərbi qulluqçuların sosial-hüquqi statusunu yaxşılaşdırmağa dair layihənin təqdimatı olmuşdur. “Ehtiyatda və istefada olan zabitlər” ictimai birliyinin sədri Yaşar Cəfərli demişdir ki, layihə 10 konseptual və 8 konkret xüsusi təklifi əhatə edir. Burada hərbi qulluqçuların sosial-hüquqi müdafiəsi problemlərinə xüsusi diqqət yetirilmişdir.
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu hərbi qulluqçuların sosial-hüquqi vəziyyətinin və statusunun yaxşılaşdırılmasına yönəldilmiş işlərin vacibliyindən danışmışdır. Deputat vurğulamışdır ki, təkliflər paketi müvafiq daimi komissiyada baxıldıqdan sonra parlamentdə müzakirə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]