TƏLƏBƏLƏRİN 8-Cİ RESPUBLİKA UNİVERSİADASI BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 13-də Gənclər və İdman Nazirliyinin, “Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti Respublika Şurasının və “İrəli” Ümumrespublika Gənclər Hərəkatının təşkilatçılığı ilə ali məktəb tələbələrinin 8-ci Respublika Universiadası başlanmışdır. İdmanın 7 növü - badminton, atletika, cüdo, voleybol, basketbol, şahmat, üzgüçülük üzrə keçirilən yarışlarda respublikanın 35 ali məktəb komandasının tərkibində 3000-dək idmançı mübarizə aparır.
Artıq cüdo, şahmat, basketbol və oğlanların voleybol üzrə yarışları başa çatmışdır.
Artıq cüdo, şahmat, basketbol və oğlanların voleybol üzrə yarışları başa çatmışdır. Açılış mərasimindən əvvəl dövlət himni səslənmişdir.
Tədbirdə gənclər və idman nazirinin müvaini İsmayıl İsmayılov, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Səttar Mehbalıyev və başqaları son illər ölkəmizdə idmanın inkişafından danışmış, bu cür yarışların tələbələr arasında keçirilməsinin sağlam gənc nəslin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışlar.
Konfederasiyasının sədri Səttar Mehbalıyev və başqaları son illər ölkəmizdə idmanın inkişafından danışmış, bu cür yarışların tələbələr arasında keçirilməsinin sağlam gənc nəslin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırmışlar. Daha sonra müxtəlif rəqs ansambllarının, idmançıların nümunəvi çıxışları olmuşdur. Rəsmi hissə başa çatdıqdan sonra oğlanlar arasında voleybol üzrə qalib komanda müəyyənləşmişdir.
Final görüşündə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) voleybolçuları ilə İqtisad Universitetinin komandaları
qarşılaşmışlar. Daha güclü olan ADBTİA-nın komandası 2:0 hesabı ilə qələbə qazanmışdır.
qarşılaşmışlar. Daha güclü olan ADBTİA-nın komandası 2:0 hesabı ilə qələbə qazanmışdır. Bununla belə, ADBTİA-nın komandası müsabiqədənkənar iştirak etdiyindən birinci yerə iki komanda çıxmışdır. Həm ADBTİA, həm də İqtisad Universitetinin tələbələri qızıl medallara layiq görülmüşlər. Tibb Universitetinin komandası ikinci, Azərbaycan Beynəlxalq Universitetinin voleybolçuları isə üçüncü yerə sahib olmuşlar.