“Telekom” komandası “Azərreyl”ə, “Azəryol” klubu isə “Lokomotiv”ə qalib gəlib
Bakı, 16 fevral, AZƏRTAC
Qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışları çərçivəsində iki oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Voleybol Mərkəzində “Telekom” və “Azərreyl” komandaları meydana çıxıb. Çempionlar Liqası yarışlarında çıxışını yekunlaşdıran komandaların duelindən “Telekom” 3:1 hesablı qələbə ilə ayrılıb.
Digər görüşdə isə “Lokomotiv” komandası “Azəryol”u qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Azəryol” komandası 3:2 hesabı ilə qalib gəlib.
Hesabındakı xalların sayını 31-ə çatdıran “Telekom” turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Azərreyl” klubu 27 xalla ikinci, “Lokomotiv” komandası isə 26 xalla üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]