Təlimə cəlb edilmiş tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.