Təlimə Dəstək Mərkəzinə işə qəbul üzrə müsabiqə elan edilib
Bakı, 24 avqust, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzində (TDM) çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqə elan edib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, müsabiqədə pedaqoji ali təhsili, 7 il pedaqoji iş təcrübəsi olan, təhsilin təşkili və idarəolunması üzrə yerli və beynəlxalq sertifikatları, eləcə də effektiv şifahi və yazılı kommunikasiya səriştəsinə malik, diaqnostik qiymətləndirmə və sertifikasiya balı 80 faizdən yuxarı, “Microsoft Office” proqramları və internet resurslarından istifadə, təqdimat və təlimçilik bacarığı olan şəxslər qatıla bilərlər.
Azərbaycan dili, riyaziyyat, ingilis dili, ibtidai sinif, fizika, kimya və psixoloq ixtisasları üzrə metodist (mentor) kimi çalışmaq arzusunda olan şəxslər müsabiqəyə müraciət edə bilərlər. Müsabiqə üç mərhələdən ibarətdir.
Qeyd edək ki, müvafiq tələblərə uyğun gələn namizədlər şəxsi məlumatlarını (CV) 2023-cü il sentyabrın 8-dək [email protected] ünvanına göndərməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]