Təlimlərin gedişi barədə məruzələr dinlənilib VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məruzələr dinlənildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.