TƏMİR-BƏRPA İŞLƏRİ DAVAM EDİR
Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, ilk növbədə 77 obyektin təmirinə başlanmış, artıq 16 yataqxana və sanatoriyada təmir-bərpa işləri yerinə yetirilmişdir.
On ildən çox Bakı Rabitə-Nəqliyyat Kollecinin, Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Neft Texnikumunun, “Abşeron” sanatoriyasının binalarında məskunlaşmış ailələr aparılan təmir-bərpa işlərinin keyfiyyətindən razılıq edir, göstərilən daimi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.