Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Temu” fişinq hücumlarının hədəfində: saxta hədiyyələrin arxasında gizlənən kibertəhlükələr - TƏHLİL

“Temu” fişinq hücumlarının hədəfində: saxta hədiyyələrin arxasında gizlənən kibertəhlükələr - TƏHLİL

Bakı, 12 sentyabr, Pərvanə Qafarova, AZƏRTAC

Son aylarda dünya üzrə geniş istifadəçi kütləsi toplayan “Temu” elektron ticarət portalı ilə bağlı fişinq hücumları və saxta hədiyyə vədləri daha da aktuallaşıb. Mütəxəssislər bildirirlər ki, kibertəhlükələr qlobal miqyasda artmaqda davam edir və onların qarşısının alınması üçün həm dövlət, həm də özəl sektorun ciddi tədbirlər görməsi zəruridir.

AZƏRTAC xəbər verir ki, demək olar ki, hər birimiz hər gün fişinq e-poçtları alırıq, bu fişinq e-poçtları hakerlər tərəfindən yüksək peşəkarlıqla hazırlanır. Bunun nəticəsidir ki, bir çoxlarımız fişinqin qurbanı oluruq.

Fişinq təcavüzkarları parol, kredit kartı məlumatları və ya digər şəxsi məlumatların təqdim edilməsi üçün internet istifadəçilərini aldatmağa çalışan onlayn dələduzluq növüdür. Fişinq hücumları e-poçt, sosial media, telefon danışıqları və ya mətn mesajları daxil olmaqla müxtəlif yollarla həyata keçirilə bilər. Hakerler çox vaxt qurbanlara özlərini bank və ya populyar bir onlayn xidmət kimi tanıdırlar. Fişinq hücumları qurbanlar üçün şəxsiyyət oğurluğu, maliyyə itkisi və hətta həssas iş və ya şəxsi məlumatların itirilməsi də daxil olmaqla ciddi ziyanlara səbəb ola bilər.

Kibertəhlükəsizlik baxımından ən təhlükəli proqramlardan biri “Temu” hesab olunur. Ekspertlər istifadəçi məlumatlarının toplanması və naməlum platformalara göndərilməsi potensialı, həmçinin fişinq hücumları və saxta malların satışı riskləri barədə xəbərdarlıq edir. “Temu” istifadə edərkən ehtiyatlı olmaq, cihazlarınızı və məlumatlarınızı qorumaq üçün etibarlı antivirus proqramlarından və digər kibertəhlükəsizlik vasitələrindən istifadə etmək tövsiyə olunur.

“Temu” ilə əlaqəli əsas təhlükələr: məlumatların toplanması və ötürülməsidir

Kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edir ki, “Temu” tətbiqi istifadəçinin yerini və məlumatlarını cihazından izləyə, onu naməlum serverlərə göndərə bilər.

“Temu”nun populyarlığı istifadəçilərin şəxsi məlumatlarını və vəsaitlərini oğurlamağa yönəlmiş fişinq bağlantılarını və digər növ fırıldaqları yaymaq üçün istifadə edilə bilər. Bu platformanın istifadəçinin kompüterinə, şəbəkəsinə və ya serverinə zərər verə biləcək proqramları yaymaq riski var. Saxta malların satışı və əqli mülkiyyətin pozulması da bura aid edilir. Tətbiq saxta malları yaymaqda və əqli mülkiyyət hüquqlarını pozmaqda günahlandırılıb ki, bu da istifadəçi üçün saxta sertifikatların istifadəsi kimi riskləri ehtiva edə bilər.

Süni intellekt və kibertəhlükəsizlik: “Pişik və siçan oyunu”

“OpenAI” şirkətinin tədqiqatçısı Mostafa Rohaninejad AZƏRTAC-a açıqlamasında bildirib ki, “Temu” platformasına qarşı fişinq hücumları real təhlükədir: “Bu məsələdə süni intellektin rolu çox böyükdür. Biz kibertəhlükəsizlikdə süni intellektin tətbiqinə böyük ümidlər bəsləyirik. Hətta şirkət daxilində bu sahə üzrə xüsusi bölmə yaradılıb. Məqsəd süni intellektlə təchiz olunmuş məhsullar istehsal etməklə kibertəhlükəsizliyi gücləndirməkdir. Hesab edirəm ki, yaxın illərdə bu istiqamətdə daha çox texnologiya bazara çıxacaq. Bununla belə, fişinq hücumları ilə mübarizə bir növ “pişik və siçan oyunu”dur – süni intellektdən həm hücum, həm də müdafiə üçün istifadə olunur və bu mübarizə daim davam edəcək”.

Dövlət strukturlarının fəaliyyəti

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) baş idarə rəisinin müavini Tural Məmmədov isə qeyd edib ki, ölkəmizə qarşı kiberhücumlar mütəmadi müşahidə olunur, fişinq hücumları zamanı isə vətəndaşlar özlərini qorumağı bacarmalıdırlar: “Biz hər gün müxtəlif kiberhücumlarla üzləşirik. Bu, həm aktiv dövrlərdə, həm də adi günlərdə baş verir. DDoS hücumlarını gündəlik müşahidə edirik. Son dövrlərdə isə vətəndaşların “Telegram” üzərindən aldadılması, məlumatların ələ keçirilməsi halları da artıb. Dövlət qurumlarında boşluqların aradan qaldırılması məqsədilə yalnız bu ilin ilk yarısında 180-dən çox təhlükəsizlik auditi aparılıb. Auditlərin nəticəsində aşkarlanan 180-dən artıq boşluq barədə aidiyyəti qurumlara məlumat verilib və onların aradan qaldırılması yolları tövsiyə olunub. Dövlət qurumu olaraq hər hansı irimiqyaslı kibertəhdid halında müdaxilə edə bilirik. Fərdi şəkildə hər kəs özünü kibertəhlükələrdən, xüsusilə fişinq hücumlarından qorumağı bacarmalıdır. Unutmamaq lazımdır ki, “pulsuz pendir yalnız siçan tələsində olur”. Vətəndaşlara müxtəlif elektron ticarət platformaları, mobil tətbiqlər və onlayn oyunlarda təklif olunan saxta vədlərə (hədiyyə, qazanc) inanmamağı və şübhəli linklərə daxil olmamağı tövsiyə edirik”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin açıqlamasında 2025-ci ilin ilk 4 ayı ərzində hakerlərin vətəndaşlardan kiberdələduzluq yolu ilə ələ keçirdiyi vəsaitin miqdarının 6 milyondan çox olduğu bildirilir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib.

Özəl sektorun yanaşması

Həmçinin “AzIntelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov diqqəti daha çox insan amilinə yönəldib: “Kibertəhdidlərin 90 faizi insanların yanlış linkə daxil olması səbəbindən baş verir. Bu baxımdan hər bir vətəndaş diqqətli olmalıdır. Bu günlərdə kibertəhlükələrin aktivliyi artıb və əsasən vətəndaşlara qarşı ciddi hücumlar müşahidə olunur. “AzIntelecom”un Kibertəhlükəsizlik komandası 2021-ci ildən fəaliyyət göstərir. Komandanın böyük hissəsi təcrübə proqramı vasitəsilə seçilmiş gənclərdən ibarətdir və onlar bu illər ərzində peşəkar mütəxəssislərə çevriliblər. Hazırda həm yerli, həm də xarici müştərilərimiz bizim xidmətlərimizi seçirlər. Bu ildən etibarən isə dövlət və özəl sektora daha geniş şəkildə kibertəhlükəsizlik xidmətləri təklif etməyə başlamışıq”.

Beynəlxalq təcrübə: “Temu” adından sui-istifadə halları

Son illərdə “Temu” platformasının sürətlə populyarlaşması kibercinayətkarların diqqətindən yayınmayıb. Dünyanın müxtəlif ölkələrində fişinq hücumları, saxta hədiyyə kampaniyaları və qeyri-rəsmi mobil tətbiqlər vasitəsilə istifadəçilərin aldanması halları qeydə alınıb.

2024-cü ilin fevralında "CNN Business" ABŞ-da “Temu” adı ilə yayılmış saxta SMS kampaniyaları barədə xəbər yayıb. İstifadəçilərə göndərilən mesajlarda “pulsuz iPhone” və ya “xüsusi endirim kuponu” vədləri yer alır, linklərə daxil olan şəxslər isə fişinq saytlarına yönləndirilirdi.

Texnoloji jurnal “TechCrunch”un iyun ayında dərc etdiyi materialda isə üçüncü tərəf mağazalarda yayılan saxta “Temu” tətbiqlərində casus proqram təminatının (“spyware” və “malware”) aşkarlanması diqqət çəkib. Bu proqramlar istifadəçilərin şəxsi məlumatlarını ələ keçirmək üçün hazırlanmışdı.

“Forbes” (2023) jurnalı “Temu” tətbiqinin istifadəçi məlumatlarını həddən artıq toplaması ilə bağlı narahatlıqları gündəmə gətirib. “BBC News” (2024) isə Böyük Britaniyada “Action Fraud” qurumunun “Temu” adı ilə yayılan saxta e-poçt (elektron poçt) kampaniyaları barədə vətəndaşları xəbərdar etdiyini açıqlayıb.

Beynəlxalq kibertəhlükəsizlik şirkətləri, o cümlədən “Kaspersky” və “ESET”, 2024-cü il hesabatlarında fişinq kampaniyalarında “Temu” brendindən geniş istifadə olunduğunu qeyd ediblər. Xüsusilə Asiya və Avropa regionlarında “Temu hədiyyə kartı qazandınız” tipli fişinq məktubları kütləvi şəkildə yayılıb.

Müxtəlif elektron ticarət platformalarında və mobil tətbiqlər, həmçinin sosial şəbəkələrdə aldanmamaq üçün vətəndaşlar kibertəhlükəsizlik üzrə tövsiyələr və praktiki addımlardan faydalana bilər. Misal üçün, rəsmi tətbiqlərdən istifadə etmək zəruridir: "Google Play" və "App Store"dan yükləyin. Eləcə də şübhəli linklərə klikləməyin: “Hədiyyə qazandınız” və ya “kupon” linklərinə diqqətli olun.

Şəxsi məlumatları paylaşmayın, kart və parol məlumatlarını yalnız rəsmi saytlara daxil edin. Mütəmadi olaraq iki faktorlu autentifikasiya tətbiq edin, hesablarınızı daha təhlükəsiz edin. Həmçinin antivirus proqramlarından istifadə edin. Şübhəli fəaliyyətləri dərhal bildirmək vacibdir; fişinq və saxta kampaniyaları dövlət qurumlarına və ya platforma dəstəyi vasitəsilə xəbər verin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb

Teatr tarixində ilk: Tamaşalarımız Türkiyənin ən böyük sənət vəqfi tərəfindən mükafatlandırılacaq

Parlamentin Gənclər və idman komitəsinin ötən sessiyada görülmüş işləri qənaətbəxş hesab olunub

Cəlilabadda bədbəxt hadisə baş verib

Telman İbrahimov: Qafqaz Albaniyasında heykəltaraşlıq ənənələrinin kökləri qədim dövrlərə gedib çıxır

İlqar Fəhmi: Nizami yaradıcılığının təbliği, gənc nəslə çatdırılması mühüm əhəmiyyət daşıyır

Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar

Elm Fondunun qrant dəstəyi Qafqaz Albaniyasının maddi-mədəni irsinin tədqiqinə yeni imkanlar yaradır

Ekspert: Paytaxtın mərkəzdən kənarlara doğru genişləndirilməsi və inkişaf etdirilməsi həyata keçirilməlidir

Diplomatların Qarabağa səfərinə Ermənistanın reaksiyası sülh ritorikası ilə reallıq arasındakı ziddiyyətdir ŞƏRH

Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Naxçıvanda reabilitasiya mərkəzinə mediatur təşkil olunub VİDEO

Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək

Xaçmazda oğurluq edən şəxs saxlanılıb