Texniki Universitet Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 3 iyul, AZƏRTAC
Türkiyə Respublikası Selçuk Universitetinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər “Erasmus+”, “Mövlana” mübadilə proqramlarından qarşılıqlı yararlanmaq üçün, “SABAH” magistratura proqramı çərçivəsində AzTU-da həyata keçiriləcək “Təchizat zəncirinin logistikası və nəqliyyatı” ixtisaslaşması üzrə əməkdaşlıq etməklə bağlı razılığa gəlib.
Bundan başqa, layihələrdə hər iki universitetin tələbə və müəllimlərinin iştirakı, magistr və doktorluq dissertasiyalarına birgə rəhbərlik məsələləri də memorandumda əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]