CƏMİYYƏT
Teymur Musayev: Səhiyyənin rəqəmsallaşmasına icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir

Bakı, 28 sentyabr, AZƏRTAC
Ölkədə ən çətin və mürəkkəb bir dövrdə icbari tibbi sığortanın tətbiqi vətəndaşlara verilən dəyərin ən böyük təzahürüdür.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib. O qeyd edib ki, insan kapitalının inkişafı, səhiyyənin rəqəmsallaşması və maliyyələşməsi sahələrinə icbari tibbi sığortanın verdiyi töhfə olduqca vacibdir. Pandemiyanın ilk günlərində icbari sığortanın tətbiq etdiyi rəqəmsal tədbirlər və proqramlar pandemiyanın törədə biləcəyi fəsadların qarşısını aldı. Eyni zamanda, istər dövlət, istərsə də özəl sektorlar arasındakı əməkdaşlığı yeni mərhələyə daşıdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:44]
Göyçay rayonunda xurma, nar və heyva bağlarında monitorinqlər aparılıb
- 29.11.2023 [16:43]