TEYMUR RƏCƏBOV KASPAROVA QALİB GƏLMİŞDİR
Beynəlxalq qrossmeyster Teymur Rəcəbov İspaniyanın Linares şəhərində keçirilən XX kateqoriyalı fövqəlturnirin ikinci turunda sensasiyalı qələbə qazanmışdır. Dəfələrlə dünya çempionu Harri Kasparova qarşı qara fiqurlarla oynayan gənc bakılı onu 39-cu gedişdə məğlubiyyətə uğratmışdır.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu turnirdə Teymur Rəcəbov və rusiyalı Harri Kasparovla yanaşı, dünyanın daha beş ən güclü qrossmeysteri - Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), Ruslan Ponomaryov (Ukrayna), Peter Leko (Macarıstan) və Fransisko Valyexo (İspaniya) mübarizə aparırlar.
Gənc həmvətənimiz birinci turda Peter Lekoya uduzmuşdur. İki turdan sonra birinci yeri Anand və Kramnik bölüşdürürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]