TEYMUR RƏCƏBOV: TURNİRLƏR ÇOX ŞEY ÖYRƏDİR
Azərbaycanda şahmat turnirinin keçirilməsi mühüm hadisədir, çünki əsas vəzifələrdən biri qadınlar arasında beynəlxalq birinciliklərin səviyyəsini kişilər arasında turnirlərin səviyyəsinə qaldırmaqdır. AZƏRTAC xəbər verir ki, bunu beynəlxalq qrossmeyster Teymur Rəcəbov Bakıda keçirilən qadınlar arasında ikinci beynəlxalq şahmat turnirinin açılışında bildirmişdir.
Ölkədə şahmatın təbliğinə kömək edən belə yüksək səviyyəli turnirlərin keçirilməsinin zəruriliyini vurğulayan T.Rəcəbov demişdir: “Düşünürəm ki, ölkəmizdə getdikcə daha çox inkişaf edən idman hərəkatı həm də şahmatın, o cümlədən qadın şahmatının yüksəlişinə kömək edir. Turnirlərin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil, çünki onlar çox şey öyrədir. Təkbətək mübarizə aparmaq və yüksək nəticələr əldə edib qələbə qazanmaq vərdişi aşılayır. Bir sözlə, turnirlər ölkənin ümumi şahmat ab-havasına müsbət təsir göstərir”.
Qrossmeysterin sözlərinə görə, Azərbaycanda uşaq şahmatının inkişafı sahəsində vəziyyət çox yaxşıdır. Məsələn, Zaqatalada uşaq şahmat olimpiadasının keçirilməsi çoxlarını sevindirdi. T.Rəcəbov demişdir: “Ölkənin belə uzaq bölgəsində uşaqların, gənclərin şahmata bu qədər maraq göstərməsi məni sevindirdi. Əsası budur ki, məqamı əldən verməyək. Şahmat böyük sürətlə inkişaf edir və digər şahmatçılarımız kimi mən də idmanın bu növünü təbliğ edəcəyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]