Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tezliklə Ermənistana bölgənin “qırmızı xətti”nin haradan keçdiyi ətraflı şəkildə izah ediləcək - ŞƏRH

Tezliklə Ermənistana bölgənin “qırmızı xətti”nin haradan keçdiyi ətraflı şəkildə izah ediləcək -  ŞƏRH

Bakı, 11 sentyabr, AZƏRTAC

Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunması, həmçinin rəsmi Bakının postmüharibə dövründə ölkənin suveren hüquqlarının qorunması istiqamətində nümayiş etdirdiyi prinsipial, ədalətli və güzəştsiz mövqe təkcə Azərbaycanın milli maraqlarına deyil, bütövlükdə bölgədə xarici maraqların nüfuz müvəkkili statusunda çıxış edən Ermənistan istisna olunmaqla, bütün digər region dövlətlərinin mənafeyinə xidmət edib və bu gün də etməkdədir. Azərbaycan regiona xarici müdaxiləyə imkan verən proseslərin qarşısının alınması istiqamətində genişmiqyaslı fəaliyyəti, təzyiqlərə qarşı qətiyyətli mövqeyi ilə həm də bölgəni xarici maraqların girovuna çevrilməkdən qoruyur. Təəssüf ki, bəzən sağına-soluna baxmadan, tarixi reallıqlara və ədalət prinsiplərinə məhəl qoymadan, emosional yanaşmalarla təfriqəçilərin ətrafında “qırmızı xətt” çəkməyə çalışanlar bu reallıqları kifayət qədər gecikmiş reflektiv reaksiyalarla başa düşməyə və gerçək mənzərəni görməyə çalışırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Siyasi ekspertin sözlərinə görə, Ermənistanın bir dövlət olaraq mövcudluğunun təməlində erməni xalqının dövlət qurmaq iradəsindən daha çox xarici maraqlar dayandığı üçün bu ölkə daim haqsız, əsassız iddialarına bölgədən kənarda dəstək axtarmağa cəhd göstərib. Azərbaycan artıq uzun illərdir ki, rəsmi İrəvanın bu istiqamətdəki fəaliyyəti ilə bağlı açıq mesajlar verir və 44 günlük Vətən müharibəsindən başlayaraq rəsmi Bakının İrəvanın xarici maraqlara xidmət edən səyləri ilə bağlı xəbərdarlıqları daha açıq müstəviyə keçib. Bu, Fransanın və digər Qərb dövlətlərinin bölgəyə müdaxilə etmək niyyətləri, Avropa İttifaqının yarımhərbi missiyası və digər məqamlarda da özünü büruzə verib. Ermənistan nəyin bahasına olursa-olsun öz ərazisindən başlatdığı prosesi bütün bölgəyə daşımaq, region dövlətlərini xarici maraqların təsiri altına salmaq niyyəti güdür. Təəssüf ki, əsassız və məntiqi izahı olmayan bir çox iddialarla vaxt itirən qonşu İran az qala 5 ilə yaxındır Corc Sorosun xidmət etdiyi dairələrin maraqlarını yerinə yetirən rəsmi İrəvanın əsl məqsədi barədə indi açıq danışmağa başlayıb. İndi rəsmi Tehran Ermənistanın Qərbi regiona gətirmək cəhdləri, Ermənistan-ABŞ hərbi təlimləri, Ermənistan baş nazirinin xanımı Anna Akopyanın Ukraynaya səfəri və digər məsələlərlə bağlı narazılığını bildirir. Halbuki ABŞ-Ermənistan hərbi təlimlərinin keçirildiyi “Zar” təlim mərkəzi Birləşmiş Ştatların maliyyə vəsaiti ilə modernləşdirilib. Mərkəzin açılışı ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ ordusunun Avropa komandanlığının strategiya, planlaşdırma və siyasət üzrə direktoru general-mayor Daniel Lasikanın iştirakı ilə baş tutub. Əslində, İran baş verənlərə ən azı bir il əvvəl etirazını bildirməli idi. Amma gec də olsa, rəsmi Tehranın İrəvanın qütblərarası bəsit manevrlər kontekstində bölgəni xarici maraqların poliqonuna çevirmək cəhdlərinə reaksiya verməsini müsbət dəyərləndirmək lazımdır.

“Bir zamanlar başqa bir qütbün “forpostu” rolunu icra edən Ermənistan bu gün artıq “casus-dövlət” missiyasını yerinə yetirir. İranın və Rusiyanın maraqlarına zidd, həm də kəskin addımlar atır, rəsmi Moskvanın ünvanına ittihamlar səsləndirir, NATO və Aİ-ni hərbi-siyasi müstəvidə bölgəyə gətirmək üçün “dəridən-qabıqdan” çıxır və bununla paralel olaraq, İran və Rusiyadan dəstək istəyir. Beynəlxalq münasibətlər sistemində bu qəbildən olan davranışların hüquqi adı olmasa da, siyasi müstəvidə riyakarlıq və ikiüzlülük adlanır. Amma nə Rusiya və nə də son hadisələr kontekstində İran Nikol Paşinyanın primitiv oyunlarının mahiyyətini anlamayacaq qədər sadəlövh deyillər. Ermənistan səfirinin ilk dəfə olaraq Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılması və ona rəsmi Moskvanın notasının təqdim olunması, İran prezidentinin Ermənistanın baş naziri Paşinyanla telefon danışığında “əcnəbilərlə təlimlər”, “şübhəli səfərlər” və bu qəbildən olan digər ifadələr səsləndirməsi Paşinyanın ömrünü müxtəlif yollarla uzatmağa çalışdığı “divarın” artıq başa çatdığını göstərir”, - deyə E.Mirzəbəyli qeyd edib.

O vurğulayıb ki, regionda bütün məsələlərin yeganə həll yolu Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və Türkiyənin də dəstəklədiyi 3+3 formatı ilə bağlı təşəbbüsdür. Artıq İran Prezidenti də regionun bütün məsələlərinin bölgə ölkələri tərəfindən, 3+3 formatında həll olunmasının zəruriliyindən söz açır. Yaxın vaxtlarda bu təşəbbüs çərçivəsində XİN rəhbərlərinin görüşü gözlənilir və növbəti mərhələdə daha yüksək səviyyədə də görüşlərin keçiriləcəyi ehtimalı var. Bu isə onu deməyə əsas verir ki, tezliklə Ermənistanın özünə də bölgənin “qırmızı xətti”nin haradan keçdiyi ətraflı şəkildə izah ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb