Azərbaycan Dövlət İnformasiya Agentliyi

“The Jerusalem Post”: Qara Yanvar Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu

Bakı, 19 yanvar, AZƏRTAC

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet silahlı qüvvələrinin bölmələri Bakı şəhərinə və Azərbaycanın digər regionlarına yeridildi. Dinc əhaliyə amansızcasına divan tutulması nəticəsində yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun İsraildə çıxan ingilisdilli nüfuzlu “The Jerusalem Post” qəzetində nəşr edilmiş “Qara Yanvar Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu” sərlövhəli məqaləsində yer alıb.

https://www.jpost.com/Opinion/Black-January-became-the-starting-point-of-Azerbaijans-independence-614561?fbclid=IwAR29JUezEVsnFJ8aSbg70ZLuamRE9el7ByeRsSDo_CXuOUOk_SJqeeAQpzs 

Müəllif yazıda vurğulayır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunları Bakının küçələrini işğal edərək dinc sakinləri kütləvi şəkildə qırmasını azərbaycanlılar Qara Yanvar adlandırıblar. Məqalədə qeyd olunur: “Udar” əməliyyatının əsas məqsədi Azərbaycanda milli azadlıq hərəkatını boğmaq idi. Rəsmi statistikaya görə bu qanlı qırğın əməliyyatı nəticəsində 147 nəfər həlak olub, lakin qeyri-rəsmi məlumata görə azı 300 nəfər, bəlkə də daha çox insan bu qırğının qurbanı olub. O gündən 30 il keçir, buna baxmayaraq əsl həqiqət hələ də məlum deyil: məxfi sənədlərlə dolu 200-dən çox qutu sovet ordusu tərəfindən müsadirə edilərək Moskvaya aparılıb, hərçənd o vaxt tamamilə aydın idi ki, sovet imperiyası süqut ərəfəsindədir”.

Müəllif qeyd edir ki, əsgərlər insanları yaxın məsafədən güllələyir, tankları və zirehli transportyorları qəsdən minik maşınlarının üstünə sürür, həmin maşınlardakı dinc vətəndaşları öldürür, xəstəxanalara atəş açır, tibbi-sanitar heyətin yaralılara kömək göstərməsinə mane olurdu.

“Qoşunların şəxsi heyəti yaralıları süngü-bıçaqlarla ölüm həddinə çatdırırdı. 5,45 millimetr kalibrli Kalaşnikov avtomatında ağırlıq mərkəzi dəyişdirilmiş güllələrdən istifadə edilməsi insanları sadəcə sıradan çıxarmaqla kifayətlənmədən onların əzab-əziyyətini qat-qat artırır, bu halda ölüm labüd olur.

Yanvarın 20-sində səhər Bakıda dəhşətli mənzərə yaranmışdı: bir vaxtlar gözəl şəhərin küçə və meydanları qana boyanmış, insan cəsədləri maşınlar tankların tırtılları altında əzilmiş, evlər gülləbaran edilmişdi. O dəhşətli gecədə Azərbaycanın, xüsusən Bakının dinc sakinləri şok yaşadılar.

O vaxt mənim 15 yaşım vardı, biz Bakıda yaşayırdıq. Yadımdadır, valideynlərim və bacım ilə səhərə qədər oyaq qaldıq, gözümüzə yuxu getmirdi. Bizi nələr gözləyə biləcəyindən xəbərimiz yox idi. Bakının çoxsaylı başqa sakinləri kimi bizdə ömrümüzdə ilk dəfə atəş səsləri, tank tırtıllarının səsini eşitdik. O dəhşətli yanvar gecəsi bitmək bilmirdi, lakin xatırlayıram ki, ulduzlu gecə idi, sanki ulduzlar da vahiməyə düşmüşdü. Bu qanlı qırğın totalitar sovet rejiminin insanlığa zidd, qanlı mahiyyətini bir daha sübut etdi, sovet qoşunları xarici təcavüzü dəf etmək üçün deyil, öz xalqına qarşı istifadə edildi”, - məqalədə belə qeyd olunur.

Məqalədə bildirilir ki, onun dostu, bu gün İsrail vətəndaşı olan fotoqraf Boris Dobin Qara Yanvar hadisələrini xatırlayaraq deyib: “O günü unutmaq mümkün deyil. 1990-cı ilin yanvar hadisələri mənim üçün sağalmaz yaradır, bu yaranın ağrısı heç vaxt keçməyəcək. Bu ağrı bəzən zəifləyir, bəzən güclənir, lakin heç vaxt məni tərk etmir. Hadisələrin inkişafı təfsilatı ilə yadımdadır. Onilliklər boyu Bakıda müxtəlif millətlərə mənsub insanlar dinc yanaşı yaşayıblar. Mən yəhudiyəm və azərbaycanlılar arasında böyümüşəm, Azərbaycan dilində sərbəst danışıram və Azərbaycan xalqının ağrısı mənim də ağrımdır. Küçələrdə dəhşətli mənzərə yaranmışdı. Hər yerdə insan cəsədləri görünürdü. Aydın idi ki, sovet ordusu silahsız insanlara atəş açıb. Bu adamlar müqavimət göstərməyə cəhd belə etməyiblər və müqavimət göstərə bilməzdilər. O vaxta qədər buna bənzər hadisələr barədə yalnız nasizm haqqında kitablarda oxumuşdum. Yanvarın 19-20-də sovet ordusunun Bakıda törətdikləri əsl faşizm idi. Həmin gün Bakı sakinlərinin keçirdiyi hissləri unutmaq mümkün deyil. Ertəsi gün şəhidlərin dəfn mərasimində mən fotoşəkillər çəkməkdə davam edirdim”.

Britaniyalı jurnalist Tomas de Vaal Qara Yanvar haqqında “Qara bağ” kitabında yazır: “Tanklar barrikadaların üstündən keçir, qarşısına çıxan avtomobilləri və hətta təcili yardım karetlərini də əzirdi. Şahidlərin sözlərinə görə əsgərlər qaçan adamlara atəş açır, yaralıları vurub öldürürdülər. İçərisində dinc sakinlər olan avtobus atəşə tutuldu və çoxsaylı sərnişinlər və 14 yaşlı qızcığaz həlak oldu. Döyüş maşınları qarşısına çıxan hər hansı avtomobil nəqliyyatını, içəridə kim olmasının fərqinə varmadan əzib keçirdi”.

Arye Qut yazıda bildirir ki, çoxsaylı şahid ifadələrindən göründüyü kimi hərbçilər eybəcər hala salınmış hərbi texnika ilə əzilmiş cəsədləri və ayrı-ayrı bədən hissələrini hadisə yerindən aparır, beləliklə törədilmiş əməllərin izlərini itirməyə çalışırdılar.

Kinorejissor Stanislav Qovoruxin Bakıya qoşun yeridilməsi ilə əlaqədar yazırdı: “Yanvarın 19-dan 20-sinə keçən gecə qoşunlar şəhərə daxil oldu. Lakin sovet ordusu sovet şəhərinə... işğalçı ordu kimi: gecənin qaranlığında, tanklar və zirehli maşınlarla daxil oldu, yolunu atəşlə təmizlədi”.

1990-cı il yanvarın 22-də Bakı şəhəri və Azərbaycan xalqı Qorbaçovun sözlərinə görə “İslam fundamentalistləri” olan oğul və qızlarını dəfn etdi. Məqalə müəllifi ritorik sual verir: “Doğrudanmı üç ay əvvəl ərə getmiş, həmin gecə ərinin ölüm xəbərini eşidəndən sonra özünə qəsd etmiş Fərizə və ya on beş yaşlı Rəşad, yaxud Bakı yəhudilərinin nümayəndələri Vera Bessantina, Yan Meyeroviç, təcili yardım həkimi Saşa Marxevka - bütün bu insanlar “islam fundamentalistləri” idi?

Yanvar faciəsinin kökləri Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündə idi. 1988-1990-cı illərdə baş vermiş hadisələr açıq-aydın göstərdi ki, Ermənistan Mərkəzdəki sovet hökumətinin tam dəstəyinə güvənərək qonşu respublikanın ərazisinin bir hissəsini ilhaq etmək niyyətində idi. 1990-cı ilin yanvarında sovet silahlı qüvvələri tərəfindən Bakıda həyata keçirilmiş cəza tədbirləri öz miqyasına, qəddarlığına və qurbanların sayına görə 1989-cu ilin aprelində Tbilisidə və 1991-ci ilin yanvarında Vilnüsdə törədilmiş oxşar hadisələrdən daha dəhşətli idi. Bu, dövrünü başa vurmuş sovet imperiyasının final konvulsiyaları idi.

Arye Qut yazır: “Azərbaycanlı vətənpərvərlər, yəhudi qız və rus həkim, həmçinin bir azərbaycanlı uşaq qardaş məzarında dəfn edildi. Bu, Azərbaycanın dəhşətli faciəsi idi.

İsrailli ekspertin fikrincə qanlı Qara Yanvar Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı və Sovet İttifaqının dağılmasının başlanğıcı oldu. Məqalə müəllifi yazır: “Bütün həyatını SSRİ-nin mənafelərinə xidmətə həsr etmiş kommunist partiyasının üzvləri sarsılmışdı: Sovet kommunist sistemi onlara qarşı işləyirdi. Azərbaycan xalqının ümummilli lideri Sov. İKP siyasi bürosunun keçmiş üzvü Heydər Əliyev Mixail Qorbaçovu çox kəskin və sərt şəkildə tənqid etdi, onu ittiham edərək bildirdi ki, bu mənfur cinayətə məhz Qorbaçov rəhbərlik edib. O vaxt Moskvada yaşayan Heydər Əliyev Azərbaycanın daimi nümayəndəliyinə gəldi və Azərbaycan xalqına başsağlığı verdi. Heydər Əliyev öz çıxışında vurğuladı ki, bu faciənin təşəbbüskarları SSRİ-nin və Azərbaycanın ovaxtkı siyasi rəhbərləri olub, onlar xalqı sakitləşdirmək üçün heç nə etməyiblər. Heydər Əliyev bu faciəni Azərbaycan xalqına qarşı cinayət hesab edirdi.

“Azadlıq” radiostansiyasının müxbiri Katarina Holl yazır: “Nəticə etibarilə SSRİ rəhbərliyinin Azərbaycanı sovet hakimiyyəti çərçivəsində saxlamağa yönəlmiş bütün səyləri hədər oldu. Bakı küçələrində Sovet İttifaqının amansız təcavüzü əks nəticə doğurdu. Bu faciə dissidentləri ram etmək və müstəqillik uğrunda hərəkatı ləğv etmək əvəzinə azərbaycanlıların qəddar kommunist üsul idarəsindən xilas olmaq səylərini daha da gücləndirdi”.

Arye Qut qeyd edir: “Bakıda törədilmiş qanlı hadisələrə baxmayaraq, 1990-cı il 20 yanvar günü Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq səhifəsi oldu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı, hərbi, mənəvi və siyasi təcavüzə məruz qalsa da, o, tarixi qəhrəmanlıq ənənələrini davam etdirməyə, Vətənin azadlığı və müstəqilliyi naminə kommunist sisteminin ən amansız hücumlarına davam gətirməyə qabil olduğunu göstərdi”.

Müəllif məqalənin sonunda yazır: “1990-cı il 20 yanvar faciəsindən 30 il keçir. Azərbaycan xalqının müqəddəs and yeri olan Şəhidlər xiyabanını hər gün ziyarət edirlər, şəhidlərin məzarları üzərinə qırmızı qərənfillər qoyulur, “Əbədi məşəl” memorialında odlar yurdunun rəmzi olan alov heç vaxt sönmür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb