Ticarət evlərinin yeni fəaliyyət konsepsiyası hazırlanır
Bakı, 3 sentyabr, AZƏRTAC
“Azərbaycan Ticarət Evi” layihəsinə dair ticarət evlərinin yeni fəaliyyət konsepsiyası hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev sentyabrın 3-də keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev yaxın zamanlarda yeni mexanizmlə bağlı əlavə məlumat veriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Minsk şəhərində açılıb. Hazırda Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Rusiya, Ukrayna, Belarus, Latviya, Polşa və Çində Azərbaycan ticarət evləri fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]