Tikinti sahəsində maliyyə axınlarının məbləği artıb
Bakı, 7 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə tikinti sahəsində maliyyə axınlarının məbləği ötən ilin müvafiq dövrünə nəzərən 89 faiz və ya 1.4 milyard manat artaraq, 2.9 milyard manat təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu iqtisadi fəaliyyət sahəsində artıma töhfə verən əsas qruplar yollar və küçələrin salınması, dəmir yollarının tikintisi (856.6 milyon manat artım), yaşayış və qeyri-yaşayış binalarının tikintisi (388 milyon manat artım) və mülki təyinatlı digər obyektlərin tikintisi (86.8 milyon manat artım) olub. Bu sahə üzrə azalma isə əsasən ixtisaslaşdırılmış tikinti işləri (-6.4 faiz və ya 20.2 milyon manat azalma) qrupunda qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]