Timsah səkkiz yaşlı oğlanı atasının gözü qarşısında udub
Bakı, 6 mart, AZƏRTAC
İndoneziyada 26 fut (təxminən səkkiz metr) uzunluğunda timsah səkkiz yaşlı oğlanı atasının gözləri qarşısında udub.
AZƏRTAC Cakartanın Merdeka portalına istinadla xəbər verir ki, faciə Şərqi Kalimantan əyalətində yaşanıb. Oğlan atası ilə birgə çay kənarında balıq tutarkən nəhəng timsah qəflətən uşağın üstünə atılaraq onu suya sürükləməyə başlayıb. Heyvanın arxasınca üzən ata timsahı yumruğu ilə döyəcləyərək oğlunu xilas etməyə çalışıb. Lakin timsah uşağı bütöv udub.
Timsah ertəsi gün həmin yerdən yüz metr aralıda tapılıb. Onu yararaq mədəsindən oğlanın cansız bədənini çıxarıblar.
Portalın məlumatına görə, bu, son bir necə həftədə ikinci belə hadisədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]