TKTA ilə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında görüş
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 24-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında onlayn görüş keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin konsaltinq komandasının üzvləri Veronika Omeni, Habib Fardoun, Nilly Kastano və Zaim Siddiqi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Agentliyin Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi Zülfiyyə Şəfiyeva iştirak edib.
Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması istiqamətində qarşıda duran hədəflər barədə tərəflər arasında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]