Tofiq Musayev: UFC-də Azərbaycanı layiqincə təmsil etməyə çalışacağam
Bakı, 18 iyun, AZƏRTAC
UFC-də iştirak etmək bu sahədə döyüşən hər bir idmançının arzusudur. Bu turnir tam başqa səviyyədədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC turnirində döyüşəcək azərbaycanlı idmançı Tofiq Musayev mətbuat konfransında deyib.
O, Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni edəcəyini bildirib: "Döyüşə yaxşı hazırlaşmışam. Rəqibə uyğun taktikalar seçmişəm. Hər şey plana uyğun gedir. Hazırda 35 yaşım var. Yaş mənim üçün önəmli deyil. Bunu düşünən idmançı UFC-yə gəlməsə, yaxşıdır".
Onun sözlərinə görə, döyüşə yaxşı start vermək önəmlidir: "Döyüşə necə başladınsa, elə də davam edəcəksən. Bütün fikrimi Mıqtıbek Orolbay ilə görüşə yönəltmişəm. Düşünürəm ki, bu yarış azərbaycanlı MMA döyüşçüləri üçün yaxşı stimul olacaq. Onlar də gələcəkdə bu təşkilatda mübarizə aparmağa çalışacaqlar".
Qeyd edək ki, Tofiq Musayev iyunun 21-də Bakı Kristal Zalında qırğızıstanlı Mıqtıbek Orolbay ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]