“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının mərasimlər cədvəlində dəyişikliklər aparılıb
Tokio, 3 iyul, AZƏRTAC
Koronavirus pandemiyasına görə “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları tərəfindən yarışların mərasimlər cədvəlində dəyişikliklər aparılıb.
AZƏRTAC Oyunların təşkilat komitəsinə istinadla xəbər verir ki, Olimpiadanın açılış mərasimi iyulun 23-də saat 20:00-dan əvvəl nəzərdə tutulduğu kimi, saat 23:00-a qədər deyil, 23:30-dək davam edəcək. Bildirilir ki, mərasimin vaxtının uzadılması parad zamanı idmançılar arasında sosial məsafənin gözlənilməsi ilə əlaqədardır.
Avqustun 8-də Olimpiadanın bağlanış mərasimi isə əksinə, 30 dəqiqə qısaldılıb. Yəni, bu mərasim saat 20:00-dan 22:30-dək davam edəcək. Belə ki, təşkilatçılar koronavirus pandemiyasına görə, Atletlər kəndində qalacaq idmançıların sayının azalacağını nəzərdə tuturlar.
Bununla yanaşı, Paralimpiya Oyunlarının açılış mərasiminin əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 20:00-dan 23:00-dək davam edəcəyi bildirilir.
Bu yarışların bağlanış mərasimi də idmançıların sayının azalacağı gözlənildiyindən 30 dəqiqə qısaldılaraq saat 22:30-dək davam edəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]