Tovuzda avtomobil qəzası baş verib, xəsarət alanlar var
Tovuz, 9 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı avtomobil "Mercedes"lə toqquşub. Hadisə nəticədə "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım avtomobili vasitəsilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.