Tovuzda kişi meyiti tapılıb VİDEO
Tovuz, 16 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzun Qovlar şəhərində kişi meyiti tapılıb. Hadisə şəhər ərazisində yerləşən parkda qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuzun Qovlar şəhər sakini Etibar Musayevin meyiti parkdan tapılıb. Onun hansı səbəbdən ölməsi məlum deyil.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.