Tramp: ABŞ nümayəndələri atəşkəs razılaşmasını müzakirə etmək üçün Rusiyaya gedirlər
Nyu-York, 12 mart, AZƏRTAC
ABŞ nümayəndələri Ukrayna-Rusiya münaqişəsində təklif olunan 30 günlük atəşkəs razılaşmasını müzakirə etmək üçün Rusiyaya gedirlər.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O, mümkün atəşkəslə bağlı bəzi müsbət mesajlar aldığını söyləyərək indi hər şeyin Rusiyanın əlində olduğunu əlavə edib. O, Rusiyanın sazişə razılıq verəcəyinə ümid etdiyini bildirib.
“Biz Rusiyaya qarşı pis şeylər edə bilərik. Bunlar Rusiya üçün dağıdıcı ola bilər. Lakin mən sülh istəyirəm və bunu etmək istəmirəm”, - deyə Tramp Rusiyanın razılaşmadan imtina edəcəyi təqdirdə, ABŞ-ın hansı addımları atacağına dair suala cavabında deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]