Tramp: “Biz artıq Ukraynanın maliyyələşdirilməsində iştirak etmirik”
Vaşinqton, 26 avqust, AZƏRTAC
Ukraynadakı münaqişənin xərcləri tamamilə NATO müttəfiqlərinin üzərinə düşüb.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri kabinet iclasında ABŞ Prezidenti Donald Tramp deyib. Dövlət başçısı bildirib ki, ABŞ yalnız silah tədarükü ilə məşğuldur.
"Biz artıq Ukraynanın maliyyələşdirilməsində deyil, münaqişənin, ölümlərin dayandırılmasında iştirak edirik. NATO münaqişəni maliyyələşdirir”,- deyə Tramp əlavə edib. Onun sözlərinə görə, ABŞ müttəfiqlərinə milyardlarla dollara hərbi texnika, o cümlədən “Patriot” sistemləri satır. Müdafiə sənayesi müəssisələri isə istehsal həcmini iki və üçqat artırır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]
Fransada lisey şagirdlərinin etirazları genişlənir
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]